Xəbər lenti

Rusiya qoşunları Xarkovda darmadağın edilir - USQ
Dünya10:41 27.03.2022

Rusiya qoşunları Xarkovda darmadağın edilir - USQ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xarkov vilayətində Rusiya işğalçıları ağır itkilər verir və təşviş içində texnikalarını ataraq qaçırlar.
Qaynarinfo Unian-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının mətbuat mərkəzi məlumat yayıb.
"Ukraynanın Quru Qoşunlarından Müdafiə Qüvvələri və Ərazi Müdafiəsi Xarkov vilayətində rus işğalçılarını darmadağın etməyə davam edir", deyə məlumatda qeyd edilir.
Baş Qərargah işğalçıların məhv edilmiş və ələ keçirilən texnikasının fotosunu yayıb.
Xarkov Vilayət Dövlət Administrasiyasının sədri Oleq Sinequbovun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri Qusarovkanı azad edib və Xarkov yaxınlığında bəzi istiqamətlərdə əks-hücum əməliyyatına başlayıb.
Qeyd edək ki, martın 26-da Ukrayna qoşunları Xarkov vilayətində bir neçə yaşayış məntəqəsini azad edib.
Aydın