Rusiya ayrı-ayrı hissələrini yenidən dislokasiya edir və qoşunlarının bir hissəsini Xerson vilayətindəki Kaxovka və Novaya Kaxovkadan çıxarır.
Qaynarinfo bu barədə Unian-a istinadla xəbər
verir.
Onlar Nijniye Seroqozi qəsəbəsinə köçürülüblər. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının səhər xülasəsində deyilir.
Hərbçilər yerli sakinlər arasında bu ilin sonuna qədər Kaxovkanın rus qoşunları tərəfindən tərk ediləcəyi barədə məlumat yayırlar. Qeyd olunduğu kimi, bununla əlaqədar olaraq işğalçılara sadiq olan yerli sakinlərə Ukraynanın müvəqqəti işğalı altında olan Krıma köçmək təklif olunur.
Həmçinin göstərilir ki, Luqansk vilayətində işğalçılar yerli sahibkarlara təzyiq göstərməkdə davam edir və onları Rusiya Federasiyasının qanunlarına əsasən öz bizneslərini yenidən qeydiyyatdan keçirməyə məcbur edirlər.
"Son 24 saat ərzində Ukrayna raket qüvvələrinin bölmələri və artilleriya bölmələri şəxsi heyətin cəmləşdiyi 5 ərazini, bir komanda məntəqəsini və düşmənin silah-sursat anbarını vurub”, - Baş Qərargahın məlumatında deyilir.
Alpər