Xəbər lenti

Rusiya qurğuşun güllələrdən imtina edir
Dünya11:38 18.04.2013

Rusiya qurğuşun güllələrdən imtina edir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiya Silahlı Qüvvələri qurğuşun içlikli işıqsaçan güllələrdən imtina edir.

APA-nın məlumatına görə, Silahlanmadakı atıcı sursatların modernləşdirilməsi sahəsində işlərə başlayan Rusiya Müdafiə Nazirliyi artıq bununla bağlı müvafiq qərar qəbul edib. Qərarda qeyd olunan güllələrin ekologiyaya, atıcının sağlamlığına mənfi təsiri, eləcə də zirehə qarşı effektivsizliyi qeyd olunub. İndiyədək dəfələrlə poliqonlarda qurğuşun içlikli patronların atışı zamanı qurğuşun oksidindən zəhərlənmə halları qeydə alınıb.

Silahlanmadan çıxarılan patronları 7BT4 polad içlikli izburaxan güllələr əvəz edəcək. Yeni patronların qoşunlarda qəbulu 2014-cü ildə başlanacaq.

Qəzetin yazdığına görə, hazırda Rusiya Silahlı Qüvvələrinin ümumi illik ehtiyacı təxminən 7 milyard patron təşkil edir.

Qeyd edək ki, Rus Ordusunda tədris və döyüş atışları vaxtı avtomatın darağına hər 3 və ya 4 adi patrondan sonra 1 ədəd işıqsaçan patron qoyulur. Bu patronlar gecə şəraitində hədəflərin işarələnməsi məqsədi ilə tətbiq edilir. Lakin Rusiya ordusundakı mövcud işıqsaçan güllələr müasir bədən zirehlərini və qoruyucu dəbilqələri vura bilmir. Onlar yalnız atəşin korreksiyası üçün istifadə olunur.

Qaynar.info