Xəbər lenti

Rusiya Qvardiyasının döyüş qabiliyyəti gücləndirilir - Britaniya kəşfiyyatı
Dünya10:20 07.01.2024

Rusiya Qvardiyasının döyüş qabiliyyəti gücləndirilir - Britaniya kəşfiyyatı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya Qvardiyası Ukraynaya qarşı müharibə nəticəsində Rusiyanın daxili təhlükəsizliyində yaranmış sarsıntıya cavab olaraq öz resurslarını və şəxsi heyətini gücləndirir.
Qaynarinfo xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatının yeni hesabatında deyilir.
Qeyd olunur ki, bundan başqa, ötən ilin oktyabrından "Vaqner”in bölmələri Rusiya Qvardiyasının nəzarətinə keçib.
"Vaqner”çilərdən sonra "DXR"in Vostok batalyonu 3 yanvar 2024-cü ildə Rusiya Qvardiyasına daxil olub.
Britaniya kəşfiyyatının məlumatına görə, Moskva həmçinin pilotsuz uçan aparat əməliyyatları üzrə ixtisaslaşan Cascade DPR qrupunu dağıdıb, onun bölmələrini Rusiya Qvardiyasına tabe etmək üçün səylər göstərir.
2023-cü ilin iyulunda Rusiya Federasiyasının Dövlət Duması Rusiya Qvardiyasına ağır silahlardan istifadə etməyə icazə verib.
"Yeni imkanlar, digər qruplardan olan təcrübəli veteranlar tərəfindən [Rosguard] gücləndirilməsi ilə birlikdə, çox güman ki, döyüş effektivliyinin əhəmiyyətli dərəcədə artması deməkdir" deyə təhlildə qeyd edilir.
Alpər