Xəbər lenti

Rusiya rublunu möhkəmləndirən nədir? - İçqtisadçı alim
Ekonomiks08:58 16.06.2022

Rusiya rublunu möhkəmləndirən nədir? - İçqtisadçı alim

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Əgər Rusiya Mərkəzi Bankı məhdudiyyətləri genişlənməzsə, o zaman bu, yenidən rublun məzənnəsində azalmalara gətirib çıxardacaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı alim Vüqar Bayramov rublun məzənnəsindən danışarkən deyib. O bildirib ki, rublun məzənnəsindəki artımlar həm inzibati, həm də bir sıra iqtisadi faktorlarla bağlıdır:
"Əvvala, nəzərə alsaq ki, Rusiyada ABŞ dollarının alışında məhdudiyyətlər praktik olaraq qalmaqdadır. Ölkədən valyuta çıxarılmasına da məhdudiyyətlər var. Ay ərzində 10 min dollardan artıq nağd pulun ölkədən çıxarılması mümkün deyil, qadağan edilib. Eyni zamanda Rusiya idxalında kəskin azalmalar var. Çünki Avropanın sanksiyası fonunda Rusiyanın texnologiya avadanlıq, eləcə də digər daha çox dəyər tutumu olan məhsulların idxalı azalıb. Bu da sahibkarların dollara olan tələbinin kəskin azalmasına gətirib çıxardır və sahibkarlar tərəfindən dollara olan tələbdə azalmalar müşahidə olunur. Bu da təbii ki, rublun məzənnəsinə təsir göstərir”.
Vüqar Bayramovun fikrincə, bu baxımdan inzibati və eyni zamanda iqtisadi faktorlar rublun məzənnəsinə təsir göstərməkdədir:
"Müəyyən müddətdən sonra yenidən idxalın artacağı gözlənilir. Çünki Avropa bazarını praktik olaraq itirən sahibkarlar digər qitələrdə və inkişaf etmiş ölkələrdə bazarlara çıxış imkanları əldə etməyə çalışacaqlar. Bu da təbii ki, dollara yenidən tələbin artmasına gətirib çıxardacaq. Eyni zamanda Rusiya Mərkəzi Bankı uzun müddət inzibati metodla məzənnəni tənzimləmək imkanlarına malik deyil”.
Deputat bildirib ki, idxal səviyyəsindən və sanksiyaların miqyasından asılı olaraq yenidən, xüsusən də ilin sonuna doğru payız aylarında yenidən dollara tələbin atması fonunda rublun məzənnəsinə təsirlərin olacağı gözlənilir.
Bahar Rüstəmli