Ukraynanın işğal olunmuş ərazilərində artan sayda Rusiya məmuru yüksək vəzifələrə təyin edilir.
Qaynarinfo "The Moscow Times” saytına istinadla xəbər
verir.
Təhlilçilər prosesi mümkün ilhaq ərəfəsində Moskva ilə əlaqələri gücləndirmək cəhdi olaraq qiymətləndirir.
Təkcə bu həftə təyinatlara Rusiya parlamentinin keçmiş deputatı, regional hökumət rəsmiləri və Federal Təhlükəsizlik Xidmətinin (FSB) yüksək rütbəli zabiti daxil olub.
"Rusları ora Rusiya standartlarını gətirmək üçün göndərirlər. "Moskva Rusiyaya birləşməklə bağlı referendum keçirmək istəyir və görünür, ruslar hər şeyi hazırlayacaq”,- Politoloq İvan Preobrajenski "The Moscow Times” qəzetinə deyib.
Rəsmilərin bu paraşütlə tullanması Rusiyanın Ukraynanın işğal olunmuş ərazilərini öz orbitinə daha da yaxınlaşdırmağa çalışdığının ən son işarəsidir. Kreml həmçinin Rusiya və Ukrayna şəhərlərini qardaşlaşdırmaq, Rusiya pasportları paylamaq və Rusiyanın iri bankları və mobil operatorlarını işğal olunmuş ərazilərə köçürməklə inteqrasiya etmək kampaniyasına başlayıb.
Ən hay-küylü məmur təyinatı Rusiya parlamentinin keçmiş deputatı Andrey Kozenkonun Ukraynanın Zaporijiya vilayətinin işğal olunmuş əraziləri üzrə "hərbi-mülki administrasiya” rəhbərinin müavini təyin edilməsi olub. Rəsmi açıqlamaya görə, o, Rusiya ilə iqtisadi inteqrasiyaya nəzarət edəcək.
Kozenkonun Zaporojiya vilayətinə təyin olunmasından bir gün əvvəl keçmiş FSB zabiti Sergey Yeliseyev işğal altında olan Xerson vilayətində hökumətin başçısı təyin edilib.
Karnegi Beynəlxalq Sülh Fondunun şərqi Ukrayna siyasəti üzrə eksperti Konstantin Skorkinin fikrincə, Rusiyanın öz rəsmilərini ərazilərə göndərməyə əl atmasının bir səbəbi də işğal olunmuş ərazilərdəki ukraynalıların tərəfini dəyişmək istəməməsidir.
"Rusiyayönlü partiyaların bu regionlarda əhəmiyyətli təmsilçiliyə malik olduğunu hesab etmələrinə baxmayaraq, əksər deputatlar işğalçı hakimiyyətlə əməkdaşlıqdan imtina etdilər”,- Skorkin The Moscow Times-a deyib.
Nurlan Hüseynov