Xəbər lenti

Rusiya satdığı tank və raket komponentlərini bu ölkələrdən geri almağa çalışır
Dünya07:38 05.06.2023

Rusiya satdığı tank və raket komponentlərini bu ölkələrdən geri almağa çalışır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyanın dövlət müdafiə müəssisələri Hindistan və Myanmaya satılan hərbi texnika üçün komponentləri geri alır.
Qaynarinfo xəbər verir ki, bu barədə Nikkei gömrük məlumatlarına istinadən yazır.
Agentlik Rusiyanın gömrük bazalarında əvvəllər asiyalı tərəfdaşlara satılan tank və raketlərin hissələrinin geri alınması ilə bağlı qeydlər tapıb.
Məsələn, 2022-ci il dekabrın 9-da "Uralvaqonzavod” Myanma ordusundan 24 milyon dollar məbləğində hərbi məhsul idxal edib. Sənədlərdə bildirilirdi ki, avadanlıqlar "Uralvaqonzavod” şirkəti tərəfindən istehsal olunub.
Sənədlərdən belə görünür ki, Rusiya istehsalçısı tanklarda quraşdırılan 200 kamera və 6775 optik nişangah alıb. Yaponiya Özünümüdafiə quru qoşun qüvvələrinin istefada olan yüksək rütbəli zabiti Nobuyuki Akatani deyir ki, nişangahlar çox güman ki, məsafələri ölçmək və hədəf almaq üçün istifadə olunur.
"Rusiyanın anbarında modernləşdirməyə ehtiyacı olan və sonradan cəbhə bölgələrinə göndərilə bilən çoxsaylı köhnə T-72 var. Əlavə edə bilərəm ki, optika Rusiya hərbi-sənaye kompleksi üçün böyük problemdir. Çox güman ki, onlar bu yolla optika əldə etməyə çalışırlar”, - Beynəlxalq böhran qrupunun analitiki Oleq İqnatov deyir.
Gömrük bəyannamələrindən göründüyü kimi, hələ 2019-cu ildə Rusiya Myanmaya komponentlər ixrac edib və indi onu geri qaytarmağa çalışır. Sənədlərdə geri qaytarılmanın səbəbi əvvəllər ixrac olunmuş avadanlıqlarda olan qüsurlardır. Bununla belə, Nikkei-yə müsahibə verən hərbi analitiklər qüsurlu məhsulların belə həcmini qeyri-adi adlandırıblar.
Raket istehsal edən Maşınqayırma konstruktorluğu bürosu (MKB) 2022-ci ilin sonunda Hindistan Müdafiə Nazirliyindən "yer-hava” raketlərində quraşdırılan gecə görmə nişangahları üçün 150.000 dollar dəyərində komponentlər alıb. Bütün komponentlər əvvəlcə MKB tərəfindən istehsal olunub və 2013-cü ilin fevral ayında Hindistana ixrac edilib.
İxrac edilən silahların geri alınması Rusiyaya öz arsenalındakı köhnə silahları modernləşdirməyə və onları cəbhəyə göndərməyə imkan verir.
Qeyd edək ki, müharibədən əvvəl Rusiyanın müdafiə sektoru əsasən yarımkeçiricilər və kompüter çipləri kimi Qərb komponentlərinə arxalanırdı. Ukraynanın işğalından sonra ABŞ, Aİ və Böyük Britaniya silah istehsalında istifadə oluna biləcək yüksək texnologiyalı avadanlıqların Rusiyaya tədarükünə qadağa qoyub.
Nizami Bağırov