Dünya 09:03 10.05.2022

Rusiya səfiri İranın erməni kilsəsində: "Ukrayna savaşında Tehran düzgün mövqe tutub"

Rusiyanın İrandakı səfiri, erməni əsilli Levan Caqaryan rəsmi Tehranın Ukrayna müharibəsində tutduğu mövqeyi bəyəndiyini bildirib. 

Qaynarinfo-nun Rusiyanın Tehrandakı səfirliyinin rəsmi "Twitter" səhifəsinə istinadən verir ki, bunu Levan Caqaryan İsfahan şəhərindəki erməni Vank kilsəsində keçirdiyi görüşdə bildirib. 

O, arxiyepiskop Sipan Kaşdziyanla görüşündə bildirib ki, İran rəsmiləri Ukraynada müharibə ilə bağlı "düzgün və obyektiv” mövqe tutublar. 

Səfir İran rəhlərliyinə minnətdarlığını bildirib. 
  
M.Arif