Rusiyanın Kiprdəki səfirliyi "çox yaxın gələcəkdə” adanın şimal hissəsində konsulluq xidmətləri göstərməyə başlayacaq.
Qaynarinfo xəbər verir ki, bu barədə TASS-a səfirliyin nümayəndəsi məlumat
verib.
"Biz çox yaxın vaxtlarda Nikosiya şəhərinin şimal hissəsində konsulluq xidmətləri göstərməyə başlayacağıq. İşlər müntəzəm olaraq aparılacaq", - mənbə bildirib.
Səfirliyin nümayəndəsinin qeyd etdiyi kimi, söhbət Rusiya hakimiyyətinin Kiprin şimalında yaşayan vətəndaşları qarşısında öhdəliklərini yerinə yetirməsindən gedir. O, bir neçə ölkənin, o cümlədən ABŞ, Böyük Britaniya, Almaniya, İtaliya və Fransanın uzun illərdir Şimali Kiprdə konsulluq məsələləri ilə məşğul olan öz diplomatik nümayəndəliklərinin olmasına diqqət çəkib.
Bəzi hesablamalara görə, hazırda Kiprin şimalında 50 mindən çox rusiyalı yaşayır.
Nizami Bağırov