
Bu gün səhər saatlarında Rusiyanın tanınmamış Abxaziya Respublikasındakı səfirliyinin əməkdaşı Dmitri Vişernyev öldürülüb.
Qaynar.info-nun məlumatına görə, Vişernyev xidməti avtomobilində Suxumidə naməlum şəxs tərəfindən başından güllə ilə vurulub.
Hadisə səfirlik əməkdaşının qaldığəı evin yaxınlığında baş verib.
Diplomatın həyat yoldaşı da avtomobildə olub və yaralı halda xəstəxanaya çatdırılıb.
Hadisə iklə bağlı araşdırma aparılır.
Qaynar.info