Rusiya ordusu Ukraynada səhvən öz öz təyyarələrindən birini vurub.
Qaynarinfo "Reuters"ə istinadən xəbər verir ki, bu barədfə Böyük Britaniyanın GCHQ kəşfiyyat təşkilatının rəhbəri Ceremi Fleminq
məlumat verib.
Fleminq həmçinin Ukraynadakı bəzi rus əsgərlərinin əmrləri yerinə yetirməkdən imtina etdiyini, ruhdan düşdüyünü və zəif təchiz olunduğunu deyib.
Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin vəziyyəti dəyərləndirərkən səhv edib, həm Ukrayna xalqının müqavimətini, həm də Moskvanı sanksiyalarla cəzalandıran Qərbin qətiyyətini aşağı qiymətləndirib. GCHQ rəhbəri hesab edir ki, Putinin müşavirləri ona həqiqəti söyləməkdən qorxurlar.
Xatırladaq ki, fevralın 26-da da Rusiya gəmisinin Qara dənizdə öz hərbi təyyarəsini vurması barədə də məlumat yayılmışdı.
ARAYIŞ: GCHQ (Government Communications Headquarters) kiberhücum və təhdidlərdən mühafizə üçün Böyük Britaniya hökuməti tərəfindən yaradılmış təhlükəsizlik və kəşfiyyat agentliyidir. Təşkilat hökumət və ordu qurumlarının elektron kəşfiyyatı və məlumatlarının mühafizəsinə cavabdeh olan xüsusi xidmət orqanıdır. Bu təşkilat MI5 və MI6 ilə birlikdə Birgə Kəşfiyyat Komitəsinin üzvüdür.
Aydın