Dünya 15:15 01.05.2022

Rusiya sərnişin təyyarəsini vurmağa hazırlaşırmış - UTX terror aktının qarşısını aldı

Rusiya Federasiyası Baş Qərargahının agentləri Rusiya və ya Belarus ərazisi üzərində sərnişin təyyarəsini vurmağı planlaşdıraraq terror aktı hazırlayıblar. Ukraynanın təhlükəsizlik Xidməti (UTX) diversiya-kəşfiyyat qrupunu (DKQ) zərərsizləşdirib.

Qaynarinfo xəbər verir ki, bu barədə "RBC-Ukrayna” UTX-yə istinadən məlumat yayıb.

"İşğalçılar təyyarəyə hücumda əsassız olaraq Ukraynanı və tərəfdaşlarımızı ittiham etmək niyyətində olublar. Təxribat törətmək üçün diversantlar "Stinger" sistemindən sərnişin təyyarəsini atəşə tutmaq istəyiblər", deyə UTX-nin məlumatında bildirilir.

Qeyd edilir kimi, "Stinger" sistemlərini oğurlayıb sərhəddən keçirmək üçün xüsusi xidmət orqanlarının nümayəndələri öz agentlərinə müvafiq tapşırıq veriblər:

"Düşmən DKQ tərkibinə ikili vətəndaşlığı olan iki nəfər və onlar tərəfindən cəlb edilmiş başqa bir şəxs daxil olub. Onların fəaliyyətini şərti adı "Morpex” olan Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsinin əməkdaşı rusiyalı Aleksandr Tyuterev əlaqələndirib".

UTX əməkdaşları bildirirlər ki, o, əvvəllər Odessa vilayətində bir sıra terror aktlarının təşkilində iştirak etdiyinə görə axtarışa verilib. 

Xüsusi əməliyyat zamanı UTX əməkdaşları DKQ-nın bütün iştirakçılarını saxlayıblar. Sonradan məlum olub ki, "Morpex” Ukraynadakı uğurları barədə rəhbərliyinə yalan danışıb: Guya onun tabeliyində olanlar ərazi müfadiə qüvvələrinin nəzarət-buraxılış məntəqəsinə hücum ediblər və bu barədə səhnələşdirilmiş foto və videomateriallar hazırlayıblar.

Nizami Bağırov