Rusiya Şərqi Qutada dəhlizin açıldığını bildirib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov açıqlama verib. O, Şam rejimi və Moskvanın dəhlizi açdığını, yardım göndərilməsinə və əhalinin təxliyyəsinə bölgədəki müxaliflər tərəfindən icazə verilmədiyini deyib.
Lavrovun verdiyi açıqlamaların əksinə Suriya İnsan Haqları Müşahidə Şurası bölgədə qarşıdurmaların bu gün də davam etdiyini və Əsəd qüvvələrinin daha çox ərazi tutmaq istədiklərini bildirib.
BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qərara əsasən bölgədə 1 aylıq atəşkəs dünəndən etibarən başlamalı idi, lakin rejim qüvvələrinin hücumu səbəbindən heç kim Şərqi Qutadan çıxa bilməyib.