Xəbər lenti

Rusiya silah satışını təkzib etdi
Dünya10:46 13.06.2013

Rusiya silah satışını təkzib etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiya Federasiya Şurasının Xarici Əlaqələr Komitəsinin sədri Mixail Marqelov İsrail xarici işlər nazirinin müavini Zeev Elkinlə görüşdən sonra açıqlama verib. 

Marqelov Elkinə Rusiyanın Suriyaya hücum silahı vermək niyyətinin olmadığını çatdırdığını deyib.

Görüşdə Elkinin Rusiyanın Suriyaya S-300 kompleksləri göndərmə planıyla bağlı narahatlıqlarını ifadə etdiyini söyləyən Marqelov "Mən də Rusiyanın Yaxış Şərqdə yanan ocağa odun atmaq fikrində olmadığını, bu bölgəyə silah göndərərkən diqqətli və təmkinli davrandığını, bölgəyə heç bir şəkildə hücum silahı vermədiyimizi bildirdim" deyib.

Suriyadakı böhrandan da bəhs etdiklərini söyləyən Marqelov problemin yeganə həll yolunun planlaşdırılan beynəlxalq konfrans olması məsələsində həmfikir olduqlarını bildirib. Rus diplomat İranın da konfransda iştirakının vacibliyini vurğulayıb.

Zeev Elkin isə İsrailin konfransda iştirak etməmək üçün bir səbəbinin olmadığını söyləyib. Ölkəsinə hələlik bir dəvət gəlmədiyini qeyd edən Elkin dəvət gələcəyi təqdirdə bunu dəyərləndirəcəklərini deyib.

Qaynar.info