"Rusiyanın Ukrayna ilə müharibə başlayandan silahlarının təxminən 20 faizini itirib".
Qayanrinfo xəbər verir ki, bunu Unian-a müsahibəsində "Defense Express” informasiya və konsaltinq şirkətinin direktoru, hərbi ekspert Sergey Zqurets
deyib.
"Ukrayna sərhədlərində təcavüzə qədər yığılmış texnikanı hesablasaq, bu gün biz ümumi arsenalın ən azı 20 faizini məhv etmişik”, deyə ekspert əlavə edib.
Zqurets vurğulayıb ki, Ukrayna ərazisinin işğalı Rusiyanın özü üçün son dərəcə ağrılı olub:
"Biz bir ayda Rusiyanın bir neçə müharibədə itirdiyindən daha çox texnikanı məhv etdik. Yəni bir ayda Rusiyanın iki Çeçenistan müharibəsində və Suriyadakı müharibədə itirdiyindən daha çox təyyarə və digər texnikanı vurmuşuq. Hətta daha çox. Əfqanıstanda SSRİ-nin itirdiyi təyyarələrdən daha çoxyu məhv edilib".
Zqurets həmçinin xatırladıb ki, silahların olması onların effektiv istifadəsinə zəmanət vermir:
"Təkcə silahların sayı ordunun potensialını deyil, həm də istifadə taktikasını və şəxsi heyətin bu və ya digər modeldən səmərəli istifadə etmək bacarığını müəyyənləşdirir. Əgər sizin çoxlu silahınız varsa, yanacaq yoxdursa, onun istifadəsi ilə bağlı problemləriniz olacaq".
Aydın