Son sutkada Rusiyanın 3 tankı, 2 zirehli maşını, 2 artilleriya sistemi məhv edilib.
Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi rəsmi "Facebook" məlumat səhifəsində yayıb.
Məlumatda Ukrayna torpaqlarının mərhələli şəkildə azad edildiyi vurğulanır:
"Daha 10 PUA vurulub. Ukraynanın müdafiə qüvvələri qarşıya qoyulan tapşırıqları uğurla yerinə yetirir, qarşı tərəfin mövqelərini yarır və torpaqları mərhələli şəkildə azad edirlər”.