Xəbər lenti

Rusiya Sovet İttifaqından qalan borclarını bitirdi
Dünya11:56 22.08.2017

Rusiya Sovet İttifaqından qalan borclarını bitirdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiya Federasiyası Sovet İttifaqından qalan borclarını ödəyib qurtarıb.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, ümumilikdə 64 milyard dollar olan borc 125,5 milyon dolların Bosniya və Herseqovinaya ödənməsi ilə bitib. Sonuncu ödəniş 2017-ci ilin büdcəsindən edilib, əvvəlki il isə Makedoniyaya 60,6 milyon dollar verilmişdi.

Qeyd edək ki, kredit borcları olan bu məbləği ödəmək üçün Rusiyanın 2115-ci ilə qədər vaxtı var idi. Hökümət 2005-ci ildə yüksək neft gəliri səbəbilə 15 milyard dollar ödəniş edə bilmişdi. Son 12 ildə isə 22,3 milyard dollar borc verilib. 

Borcun böyük hissəsi Almaniyaya və 19 nəfər üzvü olan Paris Klubu adlı kreditor təşkilatına üzv ölkələrə idi.

Gülşən

Qaynarinfo.Az