OSINT-layihəsi Oryx Rusiya Federasiyasının Silahlı Qüvvələri ilə "Vaqner" arasında silahlı münaqişədə texnika itkilərini hesablamağa başlayıb. Hələlik ordunun itkiləri daha çoxdur.
Qaynarinfo xəbər verir ki, Oryx-in məlumatına görə, Yevgeni Priqojinin muzdlularına qarşı döyüşlər zamanı Rusiya hərbçiləri bir İl-22 təyyarəsini, radioelektron mübarizəsi üçün nəzərdə tutulmuş iki helikopteri, bir Mi-35 helikopterini, bir "Tiqr” döyüş maşını və hərbi "KamAZ”ı itirib. Təyyarə və helikopterlər məhv edilib, maşınlar isə ələ
keçirilib.
Təqdim edilən məlumatdan aydın olur ki, bu zamana qədər "Vaqner” özəl hərbi şirkəti bir UAZ maşını itirib.
Bundan əvvəl Rusiyanın teleqram kanalları və Priqojin üç helikopterin vurulması barədə məlumat vermişdilər.
"Baza” Teleqram kanalı Voronej vilayətində vurulan təyyarənin görüntülərini dərc
edib. Oryx-dən fərqli olaraq, kanal An-24 təyyarəsinin vurulduğunu və Kantemirov yaşayış məntəqəsi yaxınğılında düşdüyünü yazıb. Bildirilir ki, ilkin məlumatlara görə, 3 nəfər həlak olub.
Nizami Bağırov