Xəbər lenti

Dünya 12:45 07.01.2025

"Rusiya Sudandakı müharibənin hər iki tərəfini maliyyələşdirir" - ABŞ

Amerika Birləşmiş Ştatları BMT-də Rusiyanı Sudanda müharibə aparan hər iki tərəfi maliyyələşdirməkdə günahlandırıb.

Qaynarinfo "Reuters"ə istinadən xəbər verir ki, bu açıqlama Vaşinqtonun əvvəlki ittihamlarından daha irəli addım olub və Moskvanın Sudandakı münaqişədə öz siyasi məqsədləri üçün hər iki tərəfdən faydalandığını iddia edib.

Noyabr ayında Rusiya BMT Təhlükəsizlik Şurasında münaqişə tərəflərini döyüşləri dərhal dayandırmağa və humanitar yardımın çatdırılmasını təmin etməyə çağıran qətnamə layihəsinə veto qoyub. Şuranın digər 14 üzvü sənədin lehinə səs versə də, Rusiya veto hüququndan istifadə edib.

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild bazar ertəsi bildirib:

"Rusiya təkbaşına hərəkət edərək mülki əhalini təhlükə altında qoymaq üçün səs verdi. Eyni zamanda, hər iki tərəfi maliyyələşdirir - bəli, bunu açıq deyirəm: hər iki tərəfi".

Jurnalistlərin ətraflı məlumat istəməsinə cavab olaraq, Tomas-Qrinfild Vaşinqtonun Rusiyanın Sudandakı qızıl ticarətində daimi maraqlarından xəbərdar olduğunu vurğulayıb. O, müharibə aparan tərəflərə hər hansı maddi dəstəyin, o cümlədən qanunsuz qızıl ticarəti və ya hərbi avadanlıqların verilməsinin qınanıldığını bildirib.

ABŞ nümayəndəsi əlavə edib:

"Biz hesab edirik ki, Sudanın hakimiyyət orqanlarının Rusiyanın sanksiyalara məruz qalan hüquqi və fiziki şəxsləri ilə qızıl hasilatı sahəsində əməkdaşlığı, Sudanın uzunmüddətli maraqlarına və xalqın müharibəni dayandırmaq istəyinə ziyan vura bilər".

Rusiyanın BMT-dəki səfir müavini Dmitri Polyanski ABŞ-ın ittihamlarına cavab olaraq bildirib:

"Biz təəssüf edirik ki, ABŞ digər dövlətləri öz meyarları əsasında mühakimə etməyə çalışır".

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->