Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Ukrayna Müdafiə Qüvvələrinin sərhədi yarmasından sonra Kursk vilayətinin Sudja şəhərindən reportajlar hazırlayan xarici və ukraynalı jurnalistlərə qarşı cinayət işi açıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Rusiyanın "İnterfaks” agentliyi məlumat
yayıb.
Jurnalistlər arasında CNN-in əməkdaşı Nik Peyton Uolş "Biz Ukraynayıq” telekanalından Lesya Borovik və Ukraynanın "hromadske” nəşrindən Diana Butsko da var.
Onlara qarşı Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 322-ci maddəsinin 3-cü hissəsi ilə istintaq başladılıb. Rusiya iddia edir ki, jurnalistlər "Rusiya Federasiyasının dövlət sərhədini qanunsuz keçiblər” və buna görə onları 5 ilə qədər həbs gözləyir.
"Yaxın gələcəkdə onlar beynəlxalq axtarışa veriləcək", deyə FTX bildirir.
Bundan əvvəl FTX Kursk əməliyyatı başlayandan sonra Sudjada işləyən RAI-nin italiyalı jurnalistləri Simoni Trayni və Stefani Battistiniyə qarşı cinayət işinin başlandığını elan edib.
Avqustun 16-da Rusiya Xarici İşlər Nazirliyi İtaliyanın Moskvadakı səfiri Çeçiliya Piççonini çağırıb və ona "qətiyyətli etiraz” bildirilib.
Nizami Bağırov