"Rusiya hərbçilərinin əhəmiyyətli bir hissəsi Sumi vilayətində Ukrayna ilə sərhədə yaxın ərazidə yerləşir. Düşmən ordusunun növbəti dəfə vilayətə daxil olması təhlükəsi kifayət qədər ciddidir".
Qaynarinfo xəbər verir ki, bunu DW-yə müsahibəsində vilayət hərbi idarəsinin sədri Dmitri Jivitski
deyib.
"Biz sərhədə qismən nəzarət edirik, qismən də hələ açıqdır. Düşmənlə ən böyük sərhədlərimizdən birinə sahibik. Sərhədin uzunluğu 564 kilometrdir və belə bir hissəyə nəzarət etmək son dərəcə çətindir", deyə idarə sədri bildirib.
Dmitri Jivitski regionda müdafiənin gücləndirilməsi istiqamətində fəal tədbirlərdən danışıb və işğalçılara "isti qarşılanma” vəd edib:
"Sumi bölgəsindən yenidən keçmək istəsələr, biz "isti qarşılanma"ya hazırlaşırıq. Amma biz onları bunu tövsiyə etmirik. Keçid və dayaq məntəqələri gücləndirilir. Başa düşürük ki, qarşıdakı illərdə müharibədə qalib gəlsək belə, Rusiyada siyasi və ideoloji dəyişiklik olmasa, biz sakitləşə bilmərik”.
"Mən sərhəddə keçilməz divarların olmasının tərəfdarıyam. Elə müdafiə qurulmalıdır ki, bura daxil olmaq mümkün olmasın. Ciddi hava hücumundan müdafiə sistemi də olmalıdır. Çünki şəhərlərimizin havadan bombalanması və atəşə tutulması ciddi problemdir. Bunun bir daha baş verməyəcəyinə əmin ola bilmərik”, deyə Dmitri Jivitski əlavə edib.
Qeyd edək ki, aprelin 8-də Sumi rayonu rus işğalçılarından tamamilə azad edilib. Buna baxmayaraq, minalanmış ərazilərin çoxluğuna görə rayonun ərazisi hələ də təhlükəlidir.
Aydın