Xəbər lenti

Rusiya Suriyada daimi hərbi baza yaradır
Dünya13:57 26.12.2017

Rusiya Suriyada daimi hərbi baza yaradır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya müdafiə naziri Sergey Şoyqu Suriyada Aralıq dənizi sahilində yerləşən Tartus və Hmeymim hərbi bazalarında yerləşən qüvvələrin ərazidə daimi olaraq qalması üçün prosesə start verildiyini açıqlayıb.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, mətbuat konfransında çıxış edən Şoyqu prezidenti Vladimir Putinin məsələ ilə bağlı göstəriş verdiyini deyib.
Moskva Suriyadakı vətəndaş müharibəsinə 2015-ci ildə start verib. Rusiyanın bu istiqamətdə fəaliyyəti Suriya prezidenti Bəşər Əsədin müharibədə güc əldə etməsinə səbəb olub.
Qeyd edək ki, qısa müddət bundan əvvəl Putin Suriya səfəri zamanı hərbi qüvvələrin ölkəni tərk etməsi barədə göstəriş vermişdi.
Gülşən