Rusiya Suriyadan hərbi kontingentini çıxarmaq üçün Türkiyə ilə danışıqlara başlayıb və ondan Əsədlə münasibətləri normallaşdırmasını istəyib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters” məlumat
yayıb.
Hazırda hökumət qüvvələri ölkə ərazisinin üçdə ikisinə nəzarət edir, halbuki 9 il əvvəl Əsəd, təxminən, ərazinin beşdə birinə sahib idi.
Agentliyin Türkiyə xüsusi xidmət orqanlarındakı mənbəsi danışıqlar faktını təsdiqləyib. Onun sözlərinə görə, o, bəzi hərbi birləşmələri Ukraynaya keçirmək üçün tədricən Suriyadan çıxarır.
2018-ci ildə 63 min nəfərdən ibarət olan qruplaşmanın geri çəkilməsi prosesi may ayında başlayıb. Rusiya aviabazaları tərk edərək, onları İran İslam İnqilabı Keşikçiləri Korpusu və Livanın "Hizbullah” terror təşkilatına təhvil verib. Avqust ayında Rusiya S-300 batareyasını Suriyadan çıxararaq "Sparta II” gəmisi ilə Novorossiyskə yerləşdirib.
Türkiyə israr edir ki, Rusiyanın geri çəkilməsi nəticəsində yaranan "boşluqlar” İran və ya iranpərəst qüvvələr tərəfindən zəbt edilməməlidir, - "Reuters” mənbələri bildirir. Onların sözlərinə görə, danışıqlarda irəliləyiş əldə olunub və tezliklə Suriya və Türkiyə xarici işlər nazirləri səviyyəsində görüşün keçirilməsi mümkündür.
Nizami Bağırov