
İsrail Rusiyadan Dəməşqə hava hücumundan müdafiə sistemləri satmamasını istəyib.
"Reuters"in xəbərinə görə, adının açıqlanmasını istəməyən bir İsrail rəsmisi hava-müdafiə sistemlərinin Suriya ordusunun döyüş qabiliyyətini ciddi şəkildə artırdığını söyləyib. İsrail rəsmisi Rusiya hava-müdafiə sistemlərini əldə edən Əsəd rejiminin başqa ölkələrin Suriyaya müdaxiləsi halında daha ciddi şəkildə müqavimət göstərə biləcəyini deyib. Bu səbəbdən Rusiyanın İsrailə hava-müdafiə sistemləri satmasına qarşı çıxdıqlarını bildirən İsrail rəsmisi amerikalıların da buna etiraz etdiklərini bildirib.
Qeyd edək ki, mayın 8-də ABŞ mətbuatı Suriyanın Rusiyaya S-300 kompleksləri üçün 900 milyon dollar ödəməyə başladığını xəbər verib.
"The Washington Post" qəzeti S-300-lərin göndərilməsinə üç ay ərzində başlanacağını bildirib.
Raketlərin tam çatdırılması ilin sonuna kimi baş tutacaq.
Qaynar.info