Xəbər lenti

Rusiya Suriyaya tank yollayır
Siyasət17:27 08.05.2016

Rusiya Suriyaya tank yollayır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

КIL-158-i polis helikopteri müşayiət edirdi.

Yüklə Suriyaya yollanan rus gəmisi KİL-158 İstanbul boğazından Mərmərə dənizinə tərəf keçib. 

Bu barədə Oxu.Az Hurriyet qəzetinə istinadən xəbər verir.

Məlumata əsasən, hadisə mayın 8-də yerli vaxtla 8.30-da (Bakı vaxtı ilə 9.30-da) baş verib.

Qəzet həmçinin saytda videoçarx yerləşdirib. Çarxda İstanbulun yanından keçən gəmi görünür. Onun üzərində KIL-158 və КИЛ-158 yazılıb. 

Qeyd olunur ki, göyərtədə torun altında ehtimalla iki tank var. KİL-158-i qəbul olunmuş təhlükəsizlik qaydalarına əsasən, Türkiyə  sahil mühafizəsinin gəmisi və polis helikopteri müşayiət edirdi.

Qaynarinfo.az