Xəbər lenti

Rusiya tankları Slavutiç şəhərində: Şəhər meri qaçırıldı
Dünya10:27 26.03.2022

Rusiya tankları Slavutiç şəhərində: Şəhər meri qaçırıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya hərbi texnikası Ukraynanın Slavutiç şəhərinə daxil olub.
Qaynarinfo istinadən xəbər verir ki, sosial şəbəkələrdə də Rusiya tanklarının hərəkət etdiyi video yayımlanıb. Hadisə şahidlərinin lentə aldığı kadrlarda dinc insanlar istiqamətində atəş açılmasının səsləri eşidilir.
Yüzlərlə vətəndaş hələ səhər saatlarından Ukraynanın böyük bayrağını açaraq şəhərin mərkəzində etiraz aksiyası keçirib. Kiyev Regional Hərbi İdarəsinin rəisi Oleksandr Pavlyuk səhər saatlarında rus qoşunlarının havaya atəş açdığını və insan izdihamı olan yerlərə səs qumbaraları atdığını bildirib.
O əlavə edib ki, rusiyalı hərbçilər şəhər meri Yuri Fomiçevi qaçırıblar. Şəhər şurası öz işini davam etdirir.