Xəbər lenti

Rusiya təlim keçmiş delfinləri Sevastapol limanına buraxdı – Onlar nə işə yarayır?
Dünya11:41 29.04.2022

Rusiya təlim keçmiş delfinləri Sevastapol limanına buraxdı – Onlar nə işə yarayır?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya Qara Dənizdəki donanmasının bazasında hərbi təlim keçmiş delfinlər yerləşdirib.
Qaynarinfo "The Guardian” qəzetinə istinadla xəbər verir ki, bu barədə Amerika Hərbi Dəniz istitutu məlumat yayıb.
Rusiyanın Sevastapol limanındakı dəniz bazasının peyk şəkillərini incələyən institut müəyyən edib ki, fevralın əvvəlində iki delfin qəfəsi bazaya gətirilib. 
Rusiya təlim keçmiş delfinləri donanmasını sualtı təhlükələrdən qorumaq məqsədi ilə bazada yerləşdirir.
Rusiyanın uzun müddətdir hərbi məqsədlərlə delfinlərə təlim keçmək təcrübəsi var. Bu delfinlər sudakı minaları zərərsizləşdirməkdə və düşmən üzgüçüləri ələ keçirməkdə işə yarayırlar.
Krım yarımadasının cənubunda yerləşən Sevastapol bazası Rusiya üçün ciddi əhəmiyyətə malikdir. Orada Rusiyanın çox sayda gəmisi dayanıb. Baza raket zərbələri üçün əlçatmaz olsa da, potensial sualtı əməliyyatların keçirilməsinə qarşı qorunması zəifdir.
Delfinlər bu mənada hərbi məqsədlər üçün çox effektivdir. Rusiya və Amerika dəniz qüvvələri uzun müddətdir bu su heyvanlarının xidmətindən istifadə edir. 
Delfinlər ekolokasiya bacarıqları sayəsində dəniz altında, pis görüntülü yerlərdə minaları tapa bilirlər. Onlar su altında ətrafa səslər buraxırlar. Ətrafdakı oybetklərə dəyən və sonra exo verən səslər vasitəsilə obyektlərin yerini və ölçüsünü şəkilləndirirlər.
Bundan sonra delfinlər geri, təlimçilərinin yanına qayıdır. Təlimçilər isə delfinlərə suyun üzündə minaların olduğu yerləri göstərən nişanlar verib onları geri göndərir və beləcə sudakı təhlükələrin yeri müəyyənləşdirilir.
Digər tərəfdən delfinlər həmçinin gəmilərə hücum edən və ya kəşfiyyat aparan üzgüçüləri də tapıb ya onlara hücum edir, ya da burunlarında apardıqları cihazı onların bədəninə ilişdirir. Beləcə onun ələ keçirilib suyun üzünə çıxarılmasını asanlaşdırır. 
Qeyd edək ki, 2019-cü ildə Rusiya dəniz qüvvələrinə məxsus təlim keçmiş ağ balıq Norçev sahillərində tapılmışdı.
Nurlan Hüseynov