Moskva Suriyanın İdlib bölgəsində Türkiyənin hərbi əməliyyata başlamasını ən pis ssenari hesab edir.
Qaynarinfo xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov deyib.
"Bu, əlbəttə ki, hadisələrin gedişatında ən pis ssenaridir", - sözçü bildirib.
Eyni zamanda, Peskov Türkiyə tərəfini "ən pis ssenarilərdən başlamamağa" çağırıb. O, Rusiya və Türkiyənin bu mövzuda danışıqları davam etdirəcəyini də əlavə edib.
Alpər