
Rosselxoznadzor: "Məhdudiyyətin götürülməsi imkanlarını nəzərdən keçirmirik"
Rusiya Türkiyədən məhsul idxalına qoyulan qadağanı ləğv etməyi hələlik nəzərdə tutmur.
İstiPress-in məlumatına görə, bunu Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidməti ("Rosselxoznadzor") mətbuat katibi Yuliya Melano bildirib.
Onun sözlərinə görə, "Rosselxoznadzor" Türkiyə məhsullarının idxalı ilə bağlı qüvvədə olan məhdudiyyətin götürülməsi imkanlarını nəzərdən keçirmir:
"Türkiyə meyvə-tərəvəz məhsullarının Rusiya bazarına tədarükünə qoyulan qadağanın tam və ya qismən ləğv edilməsi məsələsi Ankaranın Rusiya məhsullarına qoyduğu məhdudiyyətləri aradan qaldırması ilə bir müzakirə olunmalıdır.”
Qaynar.Az