Xəbər lenti

Rusiya Türkiyədən əməliyatı dayandırmasını tələb etdi
Dünya14:12 07.09.2016

Rusiya Türkiyədən əməliyatı dayandırmasını tələb etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiya höküməti Türkiyənin Suriyada irəliləməsinin problemi daha da çıxılmaz vəziyətə gətirəcəyini deyib.

Qaynarinfo.Az xəbər verir ki,  Rusiya Türkiyənin addımlarını Suriya hökümətinin və BMT Təhlükəsizlik Şurasının razılığı olmadan reallaşdırdığını bildirib. Bu səbəbdən də Suriyanın suverenliyi pozulmuş olur.

Putin öz şərhində bildirib ki, Türkiyənin Suriyadadkı hərəkəti bizim üçün gözlənilməz deyildi:"Gözlənilməz şeylərlə daha az qarşılaşmamız üçün xarici işlər və xüsusi xidmətimiz var. Nələr olacağını və işlərin hara çatacağını bilirdik". 

Qeyd edək ki, Türkiyə və Rusiya qarşıdurmanın ən şiddətli olduğu Hələbdə Qurban bayramına qədər atəşkəsə nail olması üçün müzakirələr aparır.

Qafqaz Rafiqoğlu

Qaynarinfo.Az