Moskva Ankaranın istəyəcəyi təqdirdə Türkiyəyə əlavə S-400 sistemləri satmağa hazırdır.
Qaynarinfo xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Yuri Borisov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, belə olarsa, yeni müqavilə bağlayacaqlar.
Xatırladaq ki, bundan əvvəl ABŞ S-400-ün Türkiyəyə tədarükünə fəal şəkildə qarşı çıxıb, Ankara sanksiyalarla hədələnib. Buna baxmayaraq, Türkiyədə hərbi texnikanı almaqdan imtina etməyib.
Alpər