Xəbər lenti

Rusiya Türkiyəyə uçuşları bərpa edir
Dünya18:12 22.07.2016

Rusiya Türkiyəyə uçuşları bərpa edir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İyulun 2-dən Rusiya Türkiyə ilə mütəmadi hava əlaqəsini bərpa edir. 

"Rusiya vətəndaşlarının Türkiyə ərazisində və aeroportlarında təhlükəsizliyinə dair təcili tədbirlərin yerinə yetirildiyi Türkiyə tərəfindən təsdiqləndikdən sonra 22 iyuldan bütün aviaşirkətlər tərəfindən mütəmadi əlaqələr bərpa ediləcək", - məlumatda deyilir. 

Rusiya Nəqliyyat Nazirliyi tərəfindən bu informasiya təsdiqlənib.

Türkiyə ilə mütəmadi hava əlaqəsi iyulun 16-da bir qrup hərbçinin dövlət çevrilişinə cəhdindən sonra dayandırılmışdı. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, qiyam nəticəsində qiyamçılar daxil olmadan 246 nəfər ölüb, 2 min nəfər isə yaralanıb. (oxu.az)

Qaynarinfo.Az