Xəbər lenti

Rusiya UEFA-dan ayrılır? - Prezident açıqladı
İdman08:13 22.04.2023

Rusiya UEFA-dan ayrılır? - Prezident açıqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya Futbol İttifaqı (RFS) UEFA-dan ayrılmağı düşünür.
Qaynarinfo-nun məlumatına görə, bu barədə ölkənin futbol federasiyasının prezidenti Aleksandr Dyukov bildirib. O, Rusiya Futbol İttifaqının İcraiyyə Şurasının iclasından sonra UEFA-dan ayrılmağı düşündüklərini açıqlayıb. Prezident gələn həftə klublarla birlikdə UEFA-dan ayrılmağı nəzərdən keçirdiklərini bildirib. Dyukov klublarla videokonfrans vasitəsilə gələn həftə UEFA-dan ayrılma variantlarını qiymətləndirəcəklərini desə də, rəsmi qərarın dekabrın 27-də verilə biləcəyini ifadə edib. 
Fevralın 28-də UEFA və FIFA Ukraynaya hərbi müdaxiləsi ilə əlaqədar Rusiya klublarının və millilərinin beynəlxalq yarışlarda iştirakını dayandırıb. Üstəlik, rusiyalı nümayəndələr 2024-cü ildə baş tutacaq Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasiminə qatıla bilməyib. 
RFS-in baş katibi Maksim Mitrofanov Rusiya millisinin Mərkəzi Asiya Futbol Federasiyasının (CAFA) yoldaşlıq turnirində iştirakdan da imtina etdiyini bildirmişdi. Ölkənin millisinin Orta Asiya Futbol Federasiyası çempionatında iştirak etməyəcəyini deyən Mitrofanov jurnalistlərə açıqlamasında təşkilati problemlər olduğunu nəzərə çatdırıb. Bununla yanaşı, rusiyalı hakimlərin turnirdə iştirak edə biləcəyini vurğulayıb. Baş katib təşkilatçılar dəvət edəcəyi təqdirdə, bunun rusiyalı hakimlər üçün mühüm təcrübə olacağını və təklifi dəyərləndirəcəklərini əlavə edib.
Mart ayında isə Tacikistan Futbol Federasiyasının (FFT) mətbuat katibi Fəridun Saliyev "RİA Novosti”yə açıqlamasında Rusiya millisinin CAFA-nın keçirəcəyi çempionatda iştirak edəcəyini söyləyib. Çempionat iyunun 9-dan 21-dək təşkil olunacaq.
Ötən ilin dekabrında FİFA və UEFA tərəfindən beynəlxalq idman yarışlarında iştirakına qadağa qoyulan Rusiya Asiya Futbol Konfederasiyasına (AFC) üzv olmaq üçün danışıqlara başlayıb.
Səbuhi Həsənov