Xəbər lenti

Rusiya Ümumdünya Turizm Federasiyasından çıxdı
Dünya05:40 11.06.2022

Rusiya Ümumdünya Turizm Federasiyasından çıxdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya hökuməti Xarici İşlər Nazirliyinin Ümumdünya Turizm Təşkilatından (UNWTO) çıxmaqla bağlı təklifini bəyənib. 
Qaynarinfo xəbər verir ki, bu barədə hüquqi informasiyanın rəsmi internet portalında məlumat verilib.
Baş nazir Mixail Mişustin "Rusiya Federasiyasının beynəlxalq müqavilələri haqqında qanuna uyğun olaraq" müvafiq sərəncam imzalayıb.
Rusiyanın Ümumdünya Turizm Təşkilatından çıxmaq planları aprelin 27-də məlum olub. Xarici İşlər Nazirliyi bildirib ki, UNWTO-nun rəhbəri Zurab Pololikaşvili Aİ-nin dəstəyi ilə "Moskvanın təşkilatın işində iştirakdan kənarlaşdırılması üçün kampaniyaya başlayıb”.
Eyni zamanda, Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiyanın Ümumdünya Turizm Təşkilatından çıxmasının ölkədə turizmin inkişafına təsir etməyəcəyinə əminliyini ifadə edib.
 
Alpər