Xəbər lenti

Rusiya Ukrayna limanlarına yaxın əraziləri minalayıb - Ağ Ev
Dünya05:55 20.07.2023

Rusiya Ukrayna limanlarına yaxın əraziləri minalayıb - Ağ Ev

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ağ Ev bildirib ki, Rusiya Qara dənizdəki Ukrayna limanlarına yaxın ərazilərə əlavə dəniz minaları yerləşdirib.
Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının mətbuat katibi Adam Hodc CNN-ə bildirib.
Onun sözlərinə görə, Kremlin Qara Dəniz Taxıl Təşəbbüsündən çıxmaq qərarından sonra Rusiya Qara dənizdə mülki gəmilərə də hücum edə və buna görə Ukraynanı günahlandıra bilər.
"Biz inanırıq ki, bu, Qara dənizdə mülki gəmilərə edilən istənilən hücuma haqq qazandırmaq və bu hücumları Ukraynanın üzərinə atmaq üçün koordinasiya edilmiş səydir", - Hodc bildirib.
Xatırladaq ki, iyulun 17-də Rusiya "taxıl sazişi”nin dayandırıldığını elan edib və  Rusiya Federasiyasının iştirakı olmadan təşəbbüsü davam etdirməyə qərar verəcək tərəfləri "risklərlə” hədələyib.
Ukrayna müqavilələrdən çəkilən Rusiyasız Qara Dəniz Taxıl Təşəbbüsü çərçivəsində "taxıl dəhlizi”nin fəaliyyətini davam etdirmək təklifi ilə Türkiyə və BMT-yə müraciət edib.
Rusiya Federasiyası Müdafiə Nazirliyi bu ərəfədə Ukrayna limanlarına gedəcək bütün gəmiləri təhdid etməyə başlayıb.
Alpər