Xəbər lenti

Rusiya-Ukrayna müharibəsi nə zaman bitəcək? (ŞƏRH)
Dünya10:44 29.12.2023

Rusiya-Ukrayna müharibəsi nə zaman bitəcək? (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Ukrayna müharibəsi Qərblə Rusiya arasında həlledici mərhələyə qədər davam edəcək".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev Ukraynadakı müharibənin 2025-ci ilədək davam edəcəyilə bağlı "Newsweek” nəşrində gedən məqaləni şərh edərkən deyib.
"Ukrayna müharibəsinin yaxın zamanlar üçün yekunlaşacağı gözlənilən deyil. Bu fikirləri təkcə Qərb mətbuatının yazdılqları təsdiqləmir. Həm də Qərbin Ukraynaya birbaşa maddi, hərbi və humanitar dəstəyində də görə bilərik", deyə politoloq bildirib. 
Ekspert qeyd edib ki, ABŞ tərəfindən 250 milyon dollarlıq sonuncu hərbi yardım dəstəyi və daha iri həcmli yardımların edilməsilə bağlı Vaşinqton və Brüsseldə müzakirələrin aparılması Qərbin heç bir halda Ukrayna cəbhəsində Rusiyaya uduzmaq istəmədiyi göstərir:
"Kreml üçün də Ukrayna müharibəsinin taleyi öz müqəddəratını həll edən başlıca amildir. Belə olan vəziyyətdə Ukrayna müharibəsi nəinki 2025-ci ilə hətta daha uzun müddətə qədər uzanacaq. Müharibənin Qərblə Rusiya arasında həlledici mərhələyə qədəm qoyanadək davam etməsi qaçılmazdır. Bu cəbhədə tərəflər arasında razılığın əldə olunması o qədər də inandırıcı deyil".
Qeyd edək ki, "Newsweek” nəşri Ukraynadakı müharibənin tez bir zamanda bitməsi ehtimalını istisna edib. Nəşrin yazdığına görə, Ukrayna prezidenti Volodimir Zelenski və prezident Vladimir Putin maksimalist məqsədlərə riayət  edirlər və bu da müharibənin tez bitməsi ehtimalını istisna edir. Buna görə də hərbi  əməliyyatlar böyük ehtimalla 2025-ci ilə qədər  davam edəcək. 
Rüfət Sultan