Xəbər lenti

Rusiya Ukrayna vətəndaşları üçün viza rejimi tətbiq edəcək
Dünya10:01 09.09.2022

Rusiya Ukrayna vətəndaşları üçün viza rejimi tətbiq edəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya Ukrayna vətəndaşları üçün viza rejiminin tətbiqini nəzərdən keçirir. 
Qaynarinfo "Rosbalt"a istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb və vurğulayıb ki, Kiyevin Rusiya Federasiyası ilə viza rejiminin tətbiqi ilə bağlı qərarına reaksiya mütləq güzgü prinsipiylə olmayacaq.
Daha əvvəl Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirmişdi ki, güzgülü tədbirlərin qəbulu "adi ukraynalılara, ilk növbədə qaçqınlara, eləcə də Rusiyada yaşayan qohumlarla münasibətlərə mənfi təsir göstərə bilər”. O xatırladıb ki, Ukrayna vətəndaşları 2023-cü il yanvarın 1-dək Rusiyaya vizasız gedə biləcəklər.
Ukrayna iyulun 1-dən ruslar üçün viza rejimi tətbiq edib. Ukraynanın baş naziri Denis Şmıxal Aİ ölkələrini istisnasız olaraq bütün ruslara turist və təhsil vizalarının verilməsini qadağan etməyə çağırıb.
Alpər