Xəbər lenti

Rusiya Ukraynada neçə dəfə hipersəs raketlərindən istifadə edib? - Şoyqu
Dünya14:40 21.08.2022

Rusiya Ukraynada neçə dəfə hipersəs raketlərindən istifadə edib? - Şoyqu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya Silahlı Qüvvələri Ukraynadakı döyüşlər zamanı "Kinjal” hipersəs raketindən üç dəfə istifadə edib.
Qaynarinfo xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu "Rossiya-1” telekanalının efirində bildirib.
Şoyqunun sözlərinə görə, Rusiya ordusu yüksək hədəflərə zərbə endirmək üçün bu raketdən istifadə edib.
Nazir bildirib ki, raket yol boyu həm şaquli, həm də üfüqi müstəvilərdə trayektoriyasını dəyişir.