Xəbər lenti

Rusiya Ukraynada qış hücumuna hazırlaşır? - Politoloq
Dünya11:29 21.12.2022

Rusiya Ukraynada qış hücumuna hazırlaşır? - Politoloq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Belə açıqlamalar daha çox daxili auditoriyaya yönəlir. Məqsəd əhali arasında inam, ruh yüksəkliyi yaratmaq, düşmənə isə psixoloji təsir göstərməkdir”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev Ukrayna daxili işlər nazirinin müşaviri Vadim Denisenkonun səsləndirdiyi "ukraynalıları müharibənin daha bir neçə çətin ayı gözləyir, bundan sonra ruslar danışıqlar masasına oturmalı olacaqlar” fikrinə münasibət bildirərkən deyib:
"Bu gün Zelenski müharibə başlayandan ilk dəfədir ki, ölkə xaricinə, ABŞ-a səfərə çıxıb. Bu səfər də göstərir ki, qarşıdakı aylarda müharibədə yeni, daha aktiv qarşıdurma mərhələsi başlayacaq. Bir gün öncə Rusiya Prezidentinin Belarusa səfəri oldu. Minsk ilə Moskva hərbi qüvvələr arasında birgə əməkdaşlığın dərinləşməsi istiqamətində məsləhətləşmələ apardılar. Bütün bunlar qarşıdakı aylarda müharibənin növbəti gərgin mərhələsinin başlanğıcının anonsudur”.
Qeyd edək ki, Ukrayna daxili işlər nazirinin müşaviri Vadim Denisenko telemarafonun efirində deyib ki, qarşıdakı aylarda ukraynalıları çətin günlər gözləyir. Onun fikrincə, bundan sonra isə ruslar danışıqlar masasına oturmalı olacaqlar. "Düşünürəm ki, bizi hələ çox çətin bir neçə ay gözləyir, lakin bundan sonra ruslar sadəcə olaraq danışıqlar masasına oturmağa məcbur olacaqlar", - müşavir bildirib. 
Rüfət Sultan