Xəbər lenti

Rusiya Ukraynadan uşaqları oğurlayıb rus ailələrinə təhvil verir – Ombudsman
Dünya11:17 23.04.2022

Rusiya Ukraynadan uşaqları oğurlayıb rus ailələrinə təhvil verir – Ombudsman

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya Federasiyasının işğalçı qoşunları Ukraynadan oğurlanmış 27 yetim uşağı Moskva vilayətində rus ailələrinə təhvil verib.
Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının insan hüquqları üzrə komissarı Lyudmila Denisova Facebook-da məlumat verib.
"Təcavüzkarın mediasından 27 yetim uşağın Moskva yaxınlığındakı Aprelyovkaya qanunsuz aparılması faktları məlum olub. Onlar on yerli ailəyə müvəqqəti qəyyumluğa verilib", - Denisova bildirib.
Ombudsman qeyd edib ki, hazırda belə uşaqların yetim və ya valideyn himayəsindən məhrum olub-olmaması və uşaqların onları öz ailəsinə almaq istəyən qohumlarının olub-olmaması barədə məlumat yoxdur.
"Uşaqların qalma şəraiti, sağlamlıq vəziyyəti, belə ailələrə yerləşdirilərkən uşaqların rəyi nəzərə alınıb-alınmaması məlum deyil", - o vurğulayıb.
Bundan əvvəl UNIAN artıq işğalçıların Mariupoldan 5000-ə qədər uşağı çıxardığını bildirib. Volodimir Zelenskinin sözlərinə görə, bu uşaqların harada olduğu, hansı şəraitdə yaşadıqları məlum deyil.
Alpər