Yelenovkada (Donetsk vilayəti) ukraynalı hərbi əsirlərin olduğu koloniyaya dəyən ziyanın xarakteri onu göstərir ki, o, qətiyyən HIMARS sistemi ilə vurulmayıb. Çox güman ki, Rusiyaya məxsus termobarik silahdan istifadə edilib.
Qaynarinfo-nun məlumatına görə, bbarədə RBC-Ukrayna beynəlxalq kəşfiyyat camiəsi "InformNapalm”ın "Telegram" kanalına istinadən xəbər
yayıb.
"İnformNapalm” qeyd edir ki, Yelenovka cəbhə xəttindən təxminən 15 km aralıda yerləşir. GMLRS raketinin təxminən 0,4%-i dəyərində olan 105 mm-lik artilleriya mərmilərindən istifadə etmək mümkün olduğu halda, bu hədəfi nadir və bahalı uzunmənzilli GMLRS raketləri ilə vurmağın mənası yoxdur.
"Yelenovka illərdir DXR-nin tanınmış əsir düşərgəsi və konsentrasiya düşərgəsi (və onilliklər ərzində cəza koloniyası) olub. O qədər məhşur yerdir ki, hərbi əsirlərin həyat yoldaşları belə bundan xəbərdardırlar. Ukraynanın bu hədəfi vurmasına inanmaq üçün rus trolu və ya təbliğatçısı olmalısan", deyə təşkilat vurğulayır.
Rusiya tərəfinin dərc etdiyi fotolar sayəsində dağıdılmış beton kərpicdən tikilmiş, nazik tin damlı binanın zərbədən sonra yerində qaldığını görmək olar. Partlayış o qədər zəif olub ki, çarpayılar bir qarış belə yerindən tərpənməyib, lakin yanğın böyük ziyan vurub. Zərbə kraterinin olmaması da raketli versiyanın əleyhinə danışır.
"Əgər GMLRS raketi Yelenovkaya düşsəydi, içəridə yanmış insanlar olmazdı... Partlayış hamını diri-diri yandırmazdı, parçalayardı”, deyə "İnformNapalm" qeyd edib.
Eyni zamanda, məhz termobarik silah cəsədi parçalamayaraq yandırır. Yəni Rusiya insanları yuxuda yandırmaq üçün bundan istifadə edib. Binaya dəyən ziyan, zərbə kraterinin olmaması, partlayış nəticəsində zərərin olmaması bunu təsdiqləyir.
"InformNapalm" hesab edir ki, çox güman məhbuslar otaqda kilidlənib, pəncərələrdən RPO-A "Şmel" və ya MRO-A termobarik sursatlar atılıb. Bu növ sursatlar 2014-cü ildən "DXR” adlanan silahlıların əlində var.
Nizami Bağırov