Moskva Britaniyanı Rusiyadakı hədəfləri vurması üçün Ukraynanı qızışdırdığına görə xəbərdarlıq edib.
Qaynarinfo "Reuters” saytına istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin açıqlamasında
deyilib.
Böyük Britaniya müdafiə naziri Ceyms Hipi BBC radiosuna müsahibəsində deyib ki, logistika və təhcizat xətlərini qırmaq məqsədilə Ukraynanın Rusiyanın içərilərindəki hədəfləri nişan alması tamamilə qanunidir.
Rusiya Müdafiə Nazirliyi cavabında deyib: "Londonun Kiyev rejimini bu cür hərəkətlərə bir başa təhrik etməsi, əgər bu hərəkətlər baş verərsə, bizim tərəfimizdən dərhal proporsional cavab doğuracağını qeyd etmək istərdik. Xəbərdar etdiyimiz kimi, Rusiya silahlı qüvvələri Kiyevdəki qərarvermə mərkəzlərinə yüksək dədiqlikli uzaqmənzilli raketlərlə cavab zərbələri endirmək üçün gecə-gündüz hazır vəziyyətdədir”, - deyə nazirliyin açıqlmasında qeyd edilib.
Nazirlik həmçinin onu da bildirib ki, bu cür zərbələr endiriləcəyi təqdirdə o mərkəzlərdə xarici ölkə vətəndaşının olması onların qarşısını almayacaq.
Nurlan Hüseynov