Rusiya Müdafiə Nazirliyi Rusiya hava hücumundan müdafiə sistemi tərəfindən vurulduğu iddia edilən 28 Ukrayna pilotsuz uçan aparatının gecə hücumunu açıqlayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə RF Müdafiə Nazirliyi məlumat yayıb.
"Bu gecə Kiyev rejiminin Rusiya Federasiyası ərazisindəki hədəflərə təyyarə tipli PUA-dan istifadə etməklə terror hücumu həyata keçirmək cəhdinin qarşısı alınıb", - məlumatda deyilir.
Rusiya bildirib ki, onların hava hücumundan müdafiəsi guya Belqorod, Kursk bölgələri və Qara dəniz üzərində "Ukraynaya məxsus 28 pilotsuz uçuş aparatını” ələ keçirib və məhv edib.
Alpər