Tanınmayan "DXR” qüvvələri Ukraynanın Volnovaxa şəhərini ələ keçirib.
Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov açıqlama verib.
"DXR” qruplaşması Volnova şəhərini azad edib. Həmçinin, Olqinka, Veliko-Anadol, Zelenıy Qay yaşayış məntəqələri də nəzarət altına alınıb. İrəliləyiş dərinliyi 6 kilometr təşkil edib”, - açıqlamada deyilir.
Rusiya Müdafiə Nazirliyi Mariupol şəhərinin mühasirə həlqəsinin də daraldığını elan edib.
<iframe width="560" height="315" src="https://www.youtube.com/embed/h7_mDgdYPkk" title="YouTube video player" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">