Xəbər lenti

Rusiya Ukraynaya aviasiya zərbəsi endirdi - Müharibə başladı
Dünya11:29 15.07.2014

Rusiya Ukraynaya aviasiya zərbəsi endirdi - Müharibə başladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiya aviasiyası Donetsk vilayətinin şərqindəki Snejnom şəhərinə zərbələr endirib.

"Publika.az" xəbər verir ki, son məlumata görə, 4 dinc sakin ölüb, bir o qədəri yaralanıb. Bu barədə Hərbi-siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, “İnformasiya müqaviməti” qrupunun koordinatoru Dmitri Tımçuk Feysbuk səhifəsində yazıb. 

Hərbi ekspertin sözlərinə görə, aviasiya zərbələri nəticəsində mülki obyektlər dağıdılıb. D.Tımçuk dinc əhali arasında qurbanların olduğunu qeyd edib.

Rəsmi Kiyev “Tornado-Q” reaktiv atəş sistemlərinin Ukraynaya Rusiya ərazisindən atıldığını bildirib. 

“Ukraynanın hərbi ekspertləri aydın görür ki, “Qrad” yaylım atəş sistemindən atəş açılmayıb. Bu, 2010-cu ildə Rusiya Silahlı Qüvvələrinin cəbbəxanasına daxil edilən “Tornado-Q” reaktiv atəş sistemidir. Anti-terror güclərinin mövqelərinə atılanlar məhz “Tornado-Q”nin reaktiv raketləridir”, - deyə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının sədr müavini Mixail Koval bildirib.

Qaynar.info