Xəbər lenti

Rusiya Ukraynaya iki hissədən ibarət memorandum təqdim etdi
Dünya 19:25 02.06.2025

Rusiya Ukraynaya iki hissədən ibarət memorandum təqdim etdi

Rusiya danışıqlarda Ukrayna tərəfinə iki hissədən ibarət memorandum təqdim edib.

"Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya nümayəndə heyətinin rəhbəri - prezidentin köməkçisi Vladimir Medinski bildirib.

"Biz iki hissədən ibarət olan memorandumu Türkiyə tərəfinə təqdim etmişik. Birinci hissə uzunmüddətli həqiqi sülhə necə nail olunması, ikinci hissə isə tam atəşkəsin mümkün olması üçün hansı addımların atılması ilə bağlıdır.

Hazırladığımız plan kifayət qədər müfəssəldir. Buna görə də Ukrayna tərəfi onu öyrənməyi qərara alıb. Öyrənib cavab verəcəklər", - Medinski bildirib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->