Xəbər lenti

Rusiya üzərində gecə ərzində 36 PUA vuruldu
Dünya09:30 12.04.2025

Rusiya üzərində gecə ərzində 36 PUA vuruldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya HHM vasitələri ölkənin beş regionu üzərində Ukraynaya məxsus 36 PUA vurub və yaxalayıb.
"Report” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"11 aprel saat 20:00 Moskva vaxtı ilə (Bakı vaxtı ilə 21:00) 12 aprel saat 06:30-a qədər olan müddətdə növbətçi HHM vasitələri tərəfindən təyyarə tipli 36 Ukrayna pilotsuz uçuş aparatı yaxalanıb və məhv edilib”, – nazirlikdən bildirilib.
Əlavə olunub ki, 18 PUA Kursk vilayəti, 13 PUA Rostov vilayəti, 2 PUA Orlov və Belqorod vilayətləri, 1 PUA isə Krasnodar diyarı ərazisi üzərində zərərsizləşdirilib.