Xəbər lenti

Rusiya “vaqnerçi”lərin əli ilə Belarusu müharibəyə cəlb etmək istəyir: Terror hazırlanır – SBU
Dünya10:55 04.08.2023

Rusiya “vaqnerçi”lərin əli ilə Belarusu müharibəyə cəlb etmək istəyir: Terror hazırlanır – SBU

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya Belarusu Ukraynaya qarşı genişmiqyaslı müharibəyə cəlb etmək üçün "Vaqner” ÖHŞ-dən istifadə etmək istəyir. Bunun üçün artıq Mozır neft emalı zavodunda terror aktı hazırlanır.
Qaynarinfo xəbər verir ki, bu barədə RBC-Ukrayna Ukrayna təhlükəsizlik xidmətinə (SBU) istinadən məlumat yayıb. 
"SBU rusiyalıların Belarusun strateji obyekti - Mozır neft emalı zavodunda "yalançı bayraq altında" irimiqyaslı təxribat hazırladığını göstərən kəşfiyyat məlumatları əldə edib", - xəbərdə deyilir.
Məlumata görə, terror aktının hazırlanması ilə "vaqnerçi”lər adı altında Belarus ərazisinə göndərilmiş RF Silahlı Qüvvələrinin nizami hərbçilərindən və Rusiya xüsusi xidmət orqanlarının əməkdaşlarından ibarət diversiya-kəşfiyyat qrupu məşğul olur.
Qeyd edilən diversiya-kəşfiyyat qrupu özünü "Ukrayna təxribatçıları” kimi göstərərək neftayırma zavodunda təxribat törətməlidir. Rusiya Federasiyası Minski yenidən Ukraynaya qarşı genişmiqyaslı müharibəyə sürükləməyə cəhd etmək üçün hadisədə Ukraynanı ittiham etməyi planlaşdırır.
"Belarusda planlaşdırılan terror aktı ilə bağlı məlumat təhlükəsizlik xidmətinə bir neçə mənbədən, xüsusilə, Zaporojye istiqamətində ukraynalı müdafiəçilər tərəfindən əsir götürülən Rusiya Silahlı Qüvvələrinin hərbçisinin ifadəsindən daxil olub", - SBU əlavə edib.
SBU-nun kibermütəxəssisləri də əsirin mobil telefonunda olan məlumatları yenidən işə salıb və təhlil ediblər.
Digər məsələlərlə yanaşı, onun əvvəllər Ukraynanın cənubunda Müdafiə Qüvvələrinə qarşı döyüşlərdə iştirak etdiyi, bu yaxınlarda isə "Vaqner” özəl hərbi şirkətinin tərkibində yenidən Belarusa göndərilməsi barədə göstəriş aldığı müəyyən edilib.
"Artıq xidmət yerini dəyişdirmək mərhələsində olan Rusiya hərbçiləri Mozır neft emalı zavodunda "xüsusi missiya” haqqında məlumat alıblar. SBU-nun kibermütəxəssisləri onun telefonunda digər ifaçılarla yazışmalar, obyektin şəkilləri və əməliyyatla bağlı bəzi məlumatlar aşkar ediblər”, - qurumdan əlavə ediblər. 
Nizami Bağırov