Xəbər lenti

Rusiya və Belarus birləşmiş qüvvələri Qarabağ təcrübəsi üzrə təlim keçirdi
Dünya07:24 19.03.2021

Rusiya və Belarus birləşmiş qüvvələri Qarabağ təcrübəsi üzrə təlim keçirdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ötən gün martın 18-də Rusiya və Belarusun Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiə Qüvvələrinin birgə qərargah təlimləri başa çatıb. Təlimlər çərçivəsində Rusiya hava-kosmik qüvvələrinin aviasiyasının Belarus aerodromlarına yerdəyişməsi sınaqdan keçirilib. Təlimlər zamanı Qarabağdakı və Suriyadakı döyüş əməliyyatlarının təcrübəsi də nəzərə alınıb.
Bu barədə Belarus Müdafiə Nazirliyinin məlumatında deyilir.
Konkret olaraq təlimlərdə Rusiya-Belarus birləşmiş qoşun qruplaşmasının müdafiə xarakterli əməliyyatlarında HHQ və HHM qüvvələrinin tətbiqinin planlaşdırılması həyata keçirilib. /Virtualaz.org