Xəbər lenti

Rusiya və Estoniya arasında diplomatik “savaş”: səfirlər qovuldu
Dünya13:09 23.01.2023

Rusiya və Estoniya arasında diplomatik “savaş”: səfirlər qovuldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya Tallinndəki Rusiya səfirliyinin ixtisarına cavab olaraq Estoniya ilə diplomatik münasibətlərin səviyyəsini aşağı salır. Estoniyanın səfiri Marqus Laidre bu gün Rusiya Xarici işlər nazirliyinə çağırılıb. 2023-cü il fevralın 7-də ona Rusiya Federasiyasını tərk etmək əmri verilib.
Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında bildirib.
"Cavab olaraq Rusiya tərəfi hər iki ölkədəki diplomatik nümayəndənin səlahiyyətlərini müvəqqəti işlər vəkili vəzifəsinə endirmək qərarına gəlib”, - Rusiya Xarici İşlər Nazirliyi bildirib.
Rusiya XİN qeyd edib ki, Estoniya rəhbərliyi son illərdə "Rusiya ilə münasibətlərin bütün spektrini məqsədyönlü şəkildə məhv edir”. "Total rusofobiya, ölkəmizə qarşı düşmənçiliyin yetişdirilməsi Tallin tərəfindən dövlət siyasəti səviyyəsinə qaldırılıb”, - Rusiya Xarici İşlər Nazirliyi vurğulayıb.
Buna cavab olaraq Estoniya Xarici İşlər Nazirliyi Rusiyanın səfiri Vladimir Lipayevi ölkədən çıxarır. Lipaev fevralın 7-dək Estoniyanı tərk etməlidir. 
"Biz Rusiya ilə münasibətlərdə paritet prinsipinə əməl edirik, bu o deməkdir ki, Rusiya səfiri Estoniya səfiri Rusiyanı tərk etdiyi vaxtda gedəcək", - Estoniya XİN Twitter-də bildirib.
Nizami Bağırov